National Folk Ensemble of Azerbaijan
National Folk Ensemble of Azerbaijan
Genres: azerbaijan, folk
Similar artists via Last.fm
About National Folk Ensemble of Azerbaijan
Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmışı İslamdır. Digər dinlər bunlardır: Yəhudilik, Xristianlıq, Alban-udi kilsəsi. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Azərbaycanda yaşayan xalqların tarixən İslam dininə mənsub olması məlumdur. Hətta Nizami, Füzuli kimi dünyaca məşhur şəxsiyyətlərin, o cümlədən, adlarının sətirlərlə yer tutacağı bir sıra elm, mədəniyyət, dövlət xadimlərinin məhz mesəlman olması danılmaz faktdır. Ancaq əsrlərlə başqa dinlərin nümayəndələrinə də xoş münasibət göstərən və onların dinlərinə xidmət etməklərinə mane olmayan azəri türkləri bunun qarşılığında İslamiyyət əleyhinə aparılan siyasətlərin qurbanı olub. Dinimizin əsasında yeri olmayan şiə-sünni qarşıdurmasının ən çox dəstəkləndiyi və artıq "tez-tez qanayan yara" halına gətirildiyi coğrafiyalardan ən başlıcalarından biri də ölkəmizdir. Bu isə mənfur qonşularımızın və İslamiyyət düşmənlərinin xeyrinədir. Hal-hazırda Azərbaycanda İslam dini üstün mövqe tutur. Məzhəblərə gəldikdə isə azərbacanlıların çoxu (67%) 12 imam şiələridir. Bu əsasən Səfəvilər (16-18-ci əsrlər) dövlətinin Azərbaycan ərazisində bu məzhəbi təbliğ etməsi ilə bağlıdır. Bir faktı da qeyd etmək lazımdır ki, "qılınc müsəlmanı" termini azərbaycan xalqına, ələlxüsus da əhalinin əksəriyyətini təşkil edən azəri türklərinə şamil edilə bilməz. Belə ki, Xəzər türklərinin Tək Tanrılıq prinsiplərinə uyğun olan dinə (Atəşpərəstlik deyil) sitayiş etməsi məlumdur. Xəzərlər bir müddət müsəlman-ərəb qoşunlarına qarşı döyüşdükdən sonra elçilər göndərmiş və İslamiyyətin əsl mahiyyətini anladıqdan sonra qəbul etmişdirlər. Hətta bu təslimiyyət günlərimizə qədər davam edən və, Rəbbimizin iznilə, Axirətə qədər davam edəcək sadiqliyə çevrilmişdir.
Taken from Last.fm
53 listeners · 2,221 plays via Last.fm